Bakı. Trend:

Paytaxtın əyləncə məkanlarının birində müğənni Elton Hüseynəliyevin bayram əhval-ruhiyyəli konsert proqramı keçirilib. Trend-ə verilən məlumata görə, konserti izləməyə gələnlər arasında tanınmışlardan Aygün Səmədzadə, Xumar Qədimova, Natavan Həbibi, Nanə Ağamalıyeva, Gülay Zeynallı və Kamil Zeynallı, Mirkamil, Emil Şahin, Tolik, Ayaz Qasımov, Vüsal Hacıyev və başqaları olub.

Elton Natavan Həbibi, Leyla Babayeva və bir neçə kişi sənətçi ilə duet ifa edib. Gecə saatlarına qədər davam edən canlı musiqinin sədalarına hər kəs qol qaldırıb oynayıb.

Qeyd edək ki, iki qızı və keçmiş həyat yoldaşı Eltona dəstək olub və konserti sona qədər izləyiblər.

Bizi Twitter-dən izləyin: @trend_az