Gənc ifaçı Ayan Babakişiyeva sosial şəbəkə istifadəçilərinə qəzəbləndi.

Milli.Az-ın məlumatına görə, Ayan sosial şəbəkələrdə onun paylaşdığı fotolara "mız qoyan"lara bərk əsəbləşib. Müğənni həmin şəxslərə də məsh şəxsi səhifəsində yazdığı statusla cavab verib:

"Mənə necə xoşdu, elə geyinirəm, mənə necə xoşdu, elə otururam, mənə necə xoşdu, elə yaşayıram. Çox şükür ki, həyatım da çox maraqlıdır. Kiminsə burada "ağıllı" olub şərh yazmağı, mənə ağıl verməyi, öz həyatını buraxıb mənim həyatımla yaşamağı da mənə maraqlı deyil. Bəziləri o qədər səviyyəsiz fikirlər yazırlar ki, yazığım gəlir sizə. Görün nə qədər bədbəxtsiniz ki, yanırsınız... Gedin ölün. Mənə məni çox istəyənlər bəs edər".

Milli.Az

Ayanı özündən çıxartdılar: "Gedin ölün" - FOTO
Ayanı özündən çıxartdılar: "Gedin ölün" - FOTO
Ayanı özündən çıxartdılar: "Gedin ölün" - FOTO
Ayanı özündən çıxartdılar: "Gedin ölün" - FOTO