A–
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə VIII Azərbaycan çempionatının Bakı üzrə zona mərhələsi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, “Xəmsə” intellektual oyununda paytaxtın 11 rayonundan 12 komanda iştirak edib.
Yarış komandalar arasında sağlam rəqabət şəraitində keçib, verilən suallar tarix, coğrafiya, kimya, fizika, məntiq və dünya görüşünü əhatə edib.
Oyunda Yasamal rayonunun komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. Suraxanı rayonunun komandası ikinci, Sabunçu isə üçüncü yerdə qərarlaşıb. Səbail rayonunun komandası isə yarışı dördüncü pillədə başa vurub.
Bakı üzrə zona mərhələsində mükafata layiq görülən komandalar “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Yarışda suallar və cavablar redaktor qrupu tərəfindən hazırlanır. Cavabın doğruluğunu aparıcı təsdiq edir. Sualı cavablandırmaq üçün aparıcı 5 saniyə vaxt verir. Vaxtın tamamında cavab vermək istəyən yoxdursa, aparıcı cavabı elan edir və növbəti suala keçir.
AZERTAG.AZ :“Xəmsə” Milli İntellektual Oyunu üzrə VIII ölkə çempionatının Bakı üzrə zona mərhələsinə yekun vurulub

