"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi həmyerlisi Kinqsli Koman haqqında xoş fikirlər səsləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Riberi Fransa millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin böyük fayda gətirəcəyinə inandığını bildirib.

"Ümid edirəm ki, Koman "Bavariya"da mənim yerimi tutacaq və "yeni Riberi" olacaq. Biz onunla kifayət qədər danışırıq. Koman PSG və "Juventus"da oyun praktikasının azlığı ilə üzləşmişdi. "Bayern"ə transfer olunandan sonra o, meydanda daha sərbəst oynamağa başladı. Komanda üçün məndən də faydalı ola bilər. Onun hələ 19 yaşı var. Qalır, daha yaşlı komanda yoldaşlarında təcrübə toplamaq. Nədən danışdığımı gözəl bilirəm. 18 yaşım olanda mən Fransa çempionatının 3-cü divizionunda çıxış edirdim. Buna görə indi çalışıram ki, təcrübəmi gənc futbolçularla daha çox bölüşüm".

Milli.Az