Beynəlxalq mədəniyyət, incəsənət və folklor konfransı

Beynəlxalq mədəniyyət, incəsənət və folklor konfransı
20:53 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Aprelin 23-dən 27-dək Rusiyanın Rostov-Don şəhərində Cənubi Federal Universiteti (Rusiya), Səlcuq Universiteti (Türkiyə) və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan) birgə təşkilatçılığı ilə Beynəlxalq mədəniyyət, incəsənət və folklor konfransı keçiriləcək. Tədbir çərçivəsində “Türk-rus incəsənəti sərgisi” də təşkil olunacaq.
“MİRAS” İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, konfransda elm və mədəniyyət sahəsində araşdırmalar aparan bütün tədqiqatçılar iştirak edə bilərlər.
Maraqlananlar konfrans üçün tezisləri və sərgi üçün müraciətləri martın 15-dək, məqalələri isə aprelin 24-dək göndərməlidirlər.
Ətraflı məlumatı congress.rostov@gmail.com elektron ünvanı vasitəsilə və ya www.miras.az internet səhifəsindən əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_medeniyyet_incesenet_ve_folklor_konfransi-833516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR