"Yuventus"un qapıçısı Canluici Buffon gələcək karyerası haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı qolkiper iki il sonra karyerasını başa vuracağını bildirib:

"Düzünü desəm, 40 yaşımda karyeramı başa vurmaq istəyirəm. Bu isə o deməkdir ki, hələ iki ilim var. Karyeramı bitirdikdən sonra nə edəcəm? Onu deyə bilərəm ki, məşqçi işləmək niyyətində deyiləm. ABŞ və Çinə gedərək skaut kimi fəaliyyət göstərmək istəyirəm".

Milli.Az