A–
Tərtər, 1 aprel, AZƏRTAC
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “31 mart - qan yaddaşımıza və can yaddaşımıza yazılan yazı” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə şəhər 2 nömrəli məktəb-liseydə keçirilib. 37 ümumtəhsil məktəbindən 37 şagirdin iştirak etdiyi yekun turda şagirdlərə 2 saat vaxt ayrılıb.
Tədbirdə çıxış edənlər 1918-ci il mart-aprel aylarında erməni silahlılarının Bakı şəhərində və digər yerlərdə törətdikləri soyqırımından bəhs ediblər. Bildirilib ki, inşa müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
AZERTAG.AZ :Tərtərli məktəblilər arasında keçirilən inşa yazı müsabiqəsinə yekun vurulub