İşləyərkən mahnıya qulaq asmayın

İşləyərkən mahnıya qulaq asmayın
22:57 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər iş yerində musiqiyə qulaq asmağın xeyirli olmadığını deyirlər.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, ABŞ-ın Corciya Universitetində aparılan araşdırmaya görə işləyərkən musiqiyə qulaq asmaq heç də motivasiyanı gücləndirmirmiş.
 
Gənc və orta yaşlı könüllülərə verilən işi musiqi dinləyərək və musiqisiz yerinə yetirmək tapşırılıb.
 
Nəticədə qruplardan birinin musiqisiz, sakit mühitdə verilən tapşırığı daha tez yerinə yetirdiyi bəlli olub.
 
Tədqiqatçılar iş zamanı musiqiyə qulaq asmağın diqqəti yayındırdığını deyiblər. Bunu vərdişə çevirənlərdə isə konsentrasiya və yaddaşın itməsi kimi problemlərin yarana biləcəyi bildirilib.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/43086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR