AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 6-8-də baş tutacaq səfərin məqsədi Azərbaycanın Avropa Şurası önündə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsidir.
Qeyd edək ki, bu, S.Şennaxın həmməruzəçi təyin olunmasından sonra Azərbaycana ilk səfəridir. O bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunub. Bu postda avstriyalı parlamentari polşalı deputat Tadeuş İvinskini əvəz edib.