Nazirin sözlərinə görə, təklif göndərənlər sırasında Bolqarıstanın "Bulgargaz", Yunanıstanın DEPA və "Gastrade", İtaliyanın "Edison", Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), ABŞ-ın Kiprdə şelf qaz yatağında çalışan "Noble Energy" şirkətləri var.
Bolqarıstan və Yunanıstan hazırda Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin (İGB) tikintisinin birinci mərhələsini başa vurmaq üzrədir. Qeyd edək ki, rəsmi Sofiya bu qaz kəmərinin onlara Cənub Qaz Dəhlizinə (SGC) çıxışı təmin edəcəyinə ümidvardır.