Holland azarkşeşlər Romada qarşıdurma yaratdılar (FOTO)

Holland azarkşeşlər Romada qarşıdurma yaratdılar (FOTO)
04:01 20 Fevral 2015
66 İdman
Ölkə mətbuatı
A- A+

Avropa liqasının 1/16 final mərhələsinin “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn holland azarkeşlər şəhərin tarixi meydanlarından birini dağıdıblar.

ANS PRESS-in məlumatına görə, uzun müddət davam edən restavrasiya işlərindən sonra yenicə açılmış tarixi “Londoçka” fəvvarəsi qarşıdurmalar zamanı zədələnib.

Oyun ərəfəsində Romada 18 nəfər – 13 polis əməkdaşı və 5 holland azarkeş xəsarət alıb.

Ümumilikdə, iğtişaşlarda 118 nəfərin iştirak etdiyi və onlardan 23-ün həbs olunduğu bildirilir. Qonaqların bu hərəkətlərindən ehtiyatlanan Roma hakimiyyət orqanları yeni toqquşmaların yaranmaması üçün asayişin qorunmasına 1,3 min polis işçisi cəlb edib.

Qeyd edək ki, bir qədər əvvəl başa çatan “Roma”- “Feyenord” oyunu 1:1 hesabı ilə nəticələnib. Cavab görüşü fevralın 26-da Holandiyada keçiriləcək.











Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR