A–
Bakı, 4 aprel, AZƏRTAC
Martda daşınmaz əmlakın icbari sığortası üzrə 5 min 245 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) AZƏRTAC-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,9 milyon manatdan çox olub. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 68,4 faizi yaşayış evləri və mənzillər, 0,7 faizi inzibati binalar, 31,1 faizi digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43,2 faiz azalma, sığorta haqlarının məbləğində isə 29,7 faiz artım müşahidə edilib.
Bu ilin birinci rübündə daşınmaz əmlakın icbari sığortası üzrə 15 min 970 sığorta müqaviləsi bağlanılıb, bu müqavilələr üzrə sığorta haqlarının məbləği 8,4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 45,7 faiz, sığorta haqlarının məbləğində isə 10,9 faiz azalma müşahidə olunub.
Martda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 258, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 17 min 160 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 335 manat təşkil edib.
AZERTAG.AZ :Keçən ay daşınmaz əmlakın icbari sığortası üzrə 5 min 245 müqavilə bağlanılıb