"Ronaldu özünə ad günü mərasimi keçirməməli idi"

"Ronaldu özünə ad günü mərasimi keçirməməli idi"
10:12 20 Fevral 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın yarımmüdafiəçisi Toni Kroos komanda yoldaşı Kriştianu Ronaldunun "Atletiko"ya məğlubiyyətdən (0:4) sonra özünə ad günü mərasimi keçirməsinə münasibət bildirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ZDF-ə danışan almaniyalı futbolçu Ronaldunun bu addımının yanlış olduğunu deyib:
 
"Ronaldunun ad günü mərasiminə mən də dəvətli idim. Ancaq daha sonra nələr baş verəcəyini bildiyim üçün getmədim. Belə acı məğlubiyyətdən sonra ad günü mərasimi keçirmək düzgün deyildi. Lakin xeyli sayda insanın dəvət edildiyi mərasimi təxirə salmaq da çətindir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR