Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Auditorlar Palatası üzvlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılmasının 20 illik yubileyi ilə əlaqədar, ölkənin auditor sisteminin inkişafındakı xidmətlərinə görə Palatanın aşağıdakı üzvləri "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abbasov Maarif Qurban oğlu

Abbaslı Namiq Rasim oğlu

Aqeyeva Yelena Yevgenyevna

Bağırov Əlimuxtar Balağa oğlu

Cəfərov Altay Mürsəl oğlu

Əliyev İbiş Müseyib oğlu

Əliyev Fuad Eyyub oğlu

Gülməmmədov Səbuhi Yediyar oğlu

Rəhimova Nigar Məmməd qızı

Rəhimov Vəli Rəhim oğlu

Soltanov Qulu Mehbalı oğlu

Talıbov Nəcəf Musa oğlu

Vəliyev İlqar Əflatun oğlu".

Milli.Az