"Barselona"nın müdafiəçisi Jerar Pike "Atletiko" ilə Çempionlar Liqasının 1/4 final matçında öncə maraqlı açıqlama ilə yadda qalıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon oyunçu turnirin finalında "Real"la qarşılaşmaq istədiklərini qeyd edib.
"Çempionlar Liqasının finalında "Real"la qarşılaşmaq istərdim. Komandada hamı onlarla oynamaq istəyir. Kruyffun bizə öyrətdiyi kimi özümüzə güvənməliyik. Sınaqlar xoşumuza gəlir. "Atletik" səddini keçib ötən mövsümdəki kimi Çempionlar Liqasında yenidən qalib olmalıyıq".
Milli.Az