Çörəkxanaya hücum edən, oranın sahibəsini maçete ilə hədəyərək qarət edən 6 nəfərin cəzası ağır olub. Onları yerli sakinlər linç etmək istəyiblər. Polislər quldurları qəzəbli sakinlərin əllərindən güclə alıblar.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, hadisə Meksikanın cənub-şərqindəki Tabasko ştatında, Tamulte şəhərində baş verib.
Şəhərdəki çörəkxanalardan birinin sahibəsi Virciniya Salvador Valensiyaya hücum olunduğunu eşidən yerli sakinlər quldurları axtararaq tapıblar. Onlar cinayətdə şübhəli bilinənləri öldürmək istəyirdilər.
Kütlə quldurların maşınına od vurandan sonra onları linç etməyə hazırlaşanda hadisə yerinə gəlmiş şübhəli şəxslərin sözün əsl mənasında, xilas edib.
Milli.Az

