Ermənistanda Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti və şovinist isteriyaya Serbiya vətəndaşı da "dəstək" olub.
Milli.Az bildirir ki, Ermənistanın Yüksək Liqasının 19-cu turunda oynanan "Şirak"-"Ararat" matçında meydan sahiblərinin heyətində çıxış edən serb legioner Nemanya Stoskoviç "Ararat"ın qapısına qol vurub.

Serb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq - VİDEO

Vurduğu qolu bayram edən serb futbolçu əynindəki futbolkanı çıxarıb. Onun əynində üzərinə "Karabakh is Armenia!" ("Qarabağ Ermənistandır!") yazılmış mayka vardı.
Serbiya vətəndaşı, 26 yaşlı Nemanya Stoskoviç bu ilin yanvarında Gümrünün "Şirak" klubuna transfer olub. Onun müqaviləsinin müddəti mayın 31-də başa çatır.

Serb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq - VİDEO

Xatırladaq ki, Londonun "Çelsi" klubunun serb futbolçusu Nemanya Matiç də erməni işğalçılarına dəstək olmuşdu.
O, üzərində "Qarabağ-Ermənistan, Kosovo-Serbiya" yazılmış plakatla çəkilmiş fotosunu sosial şəbəkələrdə paylaşmışdı

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Serb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq - VİDEOSerb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq

Serb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq - VİDEO
Serb futbolçudan Azərbaycana qarşı əxlaqsızlıq - VİDEO