Lempard Anrini keçdi

Lempard Anrini keçdi
12:22 2 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının XX turu çərçivəsində "Sanderlend"lə keçirilən oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lempard üçün əlamətdar olub. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 70-ci dəqiqədə meydana girən və 3 dəqiqə sonra fərqlənən 36 yaşlı futbolçu ölkə çempionatında 176-cı qolunu vurub.

Bununla da o, “Arsenal”ın sabiq hücumçusu və hazırda karyerasını başa vuran Tyerri Anrini keçmiş olub. Lempard yalnız Alan Şirer (260 qol), Endi Koul (189) və Ueyn Runidən (181) geri qalır.

Qeyd edək ki, Frenk Lempard qolların çox hissəsini (147) “Çelsi"nin (2001-2014) heyətində vurub. Təcrübəli yarımmüdafiəçi ötən ilin iyul ayında “Nyu-York Siti” ilə müqavilə imzalayıb. Lakin o, avqust ayından etibarən, “Mançester Siti”də icarə əsasında çıxış edir. Ötən gün isə Lempard mövsümün sonuna qədər “şəhərlilər”in formasını geyinmək üçün müqavilənin müddətini uzadıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR