Nizami Kino Mərkəzindən növbəti sürpriz: Özcan Deniz Bakıya gəlir - FOTO

Nizami Kino Mərkəzindən növbəti sürpriz: Özcan Deniz Bakıya gəlir - FOTO
13:57 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Milli və xarici filmlərin qala-gecələrinin nömrə № 1 məkanı olan Nizami Kino Mərkəzi Af Media şirkətilə birgə növbəti film təqdimatı ilə yenidən gündəmdədir.

Belə ki, fevralın 23-də Türkiyənin ən məşhur sənətçisi Özcan Deniz çəkdiyi “Sevimli tehlikeli” filminin baş qəhrəmanları Şükrü Özyıldız və Ayça Ayşin Turan ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala-gecəsinə qatılmaq üçün Bakıda gələcəklər.

Özcan Denizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Edirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu məcaralar gözləməkdədir...

Özcan Deniz bu filmində də sevgi, romantizm və dram elementlərini önə çəkib.

Film Avşar film və DNZ filmin ortaq işidir.

Qala-gecəsində filmin ssenari müəllifi və rejissoru Özcan Deniz, baş qəhrəmanları canlandıran aktyorlar Şükrü Özyıldız, Ayça Ayşin Turan və yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli kinosevərlər, qala-gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz.
(https://www.facebook.com/NizamiCinema?rf=hl)








Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/325712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR