"Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimatı keçirilib

"Cəhənnəmdə böyük çığırtı" kitabının təqdimatı keçirilib
13:59 20 Fevral 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Fransanın Azərbaycandakı səfiri Paskal Monye, dövlət qurumlarının təmsilçiləri, baş redaktorlar iştirak ediblər.

Kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edilir. Nəşrin məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.

Tədbirin aparıcısı İlham Tumas bildirib ki, “Cəhənnəmdə böyük çığırtı” 23 il əvvəl azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edir. Daha sonra “APA TV”-nin kitabın müəllifi Vüsalə Məmmədovanın təqdimatında bu mövzuda hazırladığı süjet təqdim edilib.

Təqdimat mərasimində çıxış edən “APA Holding” prezidenti Vüsalə Mahirqızı deyib ki, 20 ildən artıq müddətdir ki, Azərbaycan Qarabağ, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində iş aparır: “Biz bu əsərlə həm də “Xocalıya Ədalət” kampaniyasına dəstək vermək, bu istiqamətdə iş aparan təşkilatlarımıza yazılı fakt təqdim etmək istədik. Kitabın nəşrini “TEAS Press” Nəşriyyat Evi həyata keçirib, bu nəşriyyata təşəkkür edirəm. Bu nəşriyyatın mənsub olduğu Avropa Azərbaycanlıları Cəmiyyəti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüb”.

V. Mahirqızı qeyd edib ki, kitabı oxuyan zaman çox şükür edib ki, tolerantlıq, dözümlülük ənənələrinin hökm sürdüyü Azərbaycanda yaşayır: “20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində yaşayan insan başqa bir insana necə işgəncə verə biəlr? Bunu başa düşmək çətindir, çünki biz elə bir cəmiyyətdə yetişməmişik. Biz kitabın bir çox xarici dilə tərcümə edilməsinə çalışacağıq. Məqsəd faciəmizi dünyaya çatdırmaq yox, insanlıq üçün necə bir təhlükə mövcud olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Çünki köməksiz və silahsız insanlar işgəncələrlə üzləşiblər”.


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev kitabın əhəmiyyətindən danışıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, kitabda əsas məqsədin nifrət aşılamaq deyil: “Müharibələr bütün hallarda faciə gətirir, əziyyətini dünya çəkir”.
H. Rəcəbli kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür edib.
Millət vəkili Ərəstun Orucov nəşr edilən kitabı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərdən biri olduğunu söyləyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov əsas mənbəyin münaqişə zamanı faciələri yaşayan insanlar olduğunu vurğulayıb: “Bu kitab müxtəlif xarici dillərə tərcümə olunmalıdır. Əsir və girov düşmüş insanlarımız tapılmalı, belə kitablar hazırlanmalıdır. Çünki tarix üçün bu kitablar əsas mənbə olacaq.
Millət vəkili, tarixçi alim Musa Qasımlı qeyd edib ki, “kitabda əks olunanlar bizim gerçək, ürək ağrıdan tariximizdir”.

Daha sonra Xocalı faciəsi zamanı girov düşmüş və 3 il girov həyatı yaşamış Müşfiq Əliyev çıxış edib: “Mən girovluqdan Qırmızı Xaç Komitəsinin nümayəndəsi Pyer Reyçelin sayəsində azad oldum. O, öz yeməyini bizimlə bölürdü. Belə yaxşı insanları heç vaxt unutmaq olmaz. APA Holding sayəsində Pyer Reyçellə əlaqə qurmağım mümkün oldu. Pyer yazmışdı ki, səni belə gülərüz görməyə çox sevinirəm. Mən hələ də Pyerlə əlaqə saxlayıram”.
 

M. Əliyev kitabın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür edib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi kitabın növbəti təqdimat mərasiminin Dalıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında təşkil ediləcəyini söyləyib.

Kitabın müəllifi Vüsalə Məmmədova deyib ki, ən çox təəssüfləndiyi odur ki, müsahiblərinin gözlərindəki görüntüləri kitaba köçürə bilməyb: “Kitabın ərsəyə gəlməsində xidməti olan dostlarımıza təşəkkür edirəm. Siz bu kitabı oxuyub bitirənə qədər layihə çərçivəsində ikinci kitabı sizə təqdim edəcəyik. Hesab edin ki, bu da mənim Vətənə hərbi xidmətimdir”.

Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub.

 








Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194046

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR