İdman etdi beyin mayesi axdı

İdman etdi beyin mayesi axdı
14:51 20 Fevral 2015
97 Sosial
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada pilateslə məşğul olan qadının səhhətində ağlasığmaz problemlər yaranıb.

ANS PRESS-in məlumatına görə, 42 yaşlı qadın idmanla məşğul olandan bir müddət sonra başında kəskin ağrılar başlayıb. İlk dəfə ağrı olanda qadın buna əhəmiyyət verməyib və məşqlərini davam etdirib. Lakin sonralar o hətta uzananda belə ağrılara dözmək mümkün olmadığı üçün həkimə müraciət edib.

Əvvəlcə ona əzələ ağrılarına qarşı dərmanlar və masaj müalicəsi yazılsa da, faydası olmayıb. Daha sonra qadın başqa mütəxəssislərə müraciət edib və müayinələr nəticəsində müəyyən edilib ki, ağrılara səbəb beyin mayesinin onurğadan sızması olub. Həkimlər də bildiriblər ki, serebrospinal mayenin belə sızması mümkündür və bu, sağlamlıq üçün çox təhlükəlidir.

42 yaşlı ingiltərəli qadın isə məhz bu formada zədə alan ilk insan olaraq qeydə alınıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=327170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR