Səfirlik maşını qəzaya düşdü, yaralılar var - FOTO

Səfirlik maşını qəzaya düşdü, yaralılar var - FOTO
14:57 20 Fevral 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Bakıdakı qəza nəticəsində hər iki avtomobil ciddi şəkildə əzilib
Bu gün günorta saatlarında Bakının Səbail rayonu ərazisində səfirlik maşını qəzaya uğrayıb.

Səbail Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Puşkin küçəsində qeydə alınıb.

"İnfiniti" markalı avtomobillə "Toyota" markalı, Türkiyə səfirliyinə aid avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil ciddi şəkildə əzilib.

Bundan başqa, avtomobildə olan səfirlik işçiləri xəsarət alıblar. Bildirilir ki, 2 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR