"Barselona"nın 2 futbolçusu Jerar Pike və Rafinya Alkantara La Liqanın son turunda "Real Sosyedad"la qarşılaşmada (0:1) zədələniblər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kataloniyanın "Sport" qəzetinin yazdığına görə, hər iki futbolçu tibbi müayinədən keçəcək və bundan sonra onların zədəsinin dərəcəsi müəyyənləşəcək.
Bununla belə, ilkin proqnozlara görə Pikenin "Atletiko" ilə Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasını buraxacağı ehtimal edilir.
"Atletiko" - "Barselona" matçı çərşənbə günü keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Milli.Az