Çavuşoğlu Azərbaycana gəlir

Çavuşoğlu Azərbaycana gəlir
16:56 20 Fevral 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Azərbaycana rəsmi bir ziyarət reallaşdıracaq. Türkiyə XİN-dən bildirilib ki, nazir Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində, 25-26 fevral 2015-ci il tarixlərində Azərbaycanda rəsmi təmaslarda olacaq.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səfəri zamanı keçiriləcək görüşlərdə, Türkiyə-Azərbaycan əlaqələrinin gündəmində yer alan mövzular və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Bununla yanaşı, regional və beynəlxalq məsələlər də əhatəli şəkildə gözdən keçiriləcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR