Müğənni Layza Minnellinin keçmiş prodüser əri Devid Qest Londonda otellərin birində ölü tapılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin eks həyat yoldaşı 63 yaşında dünyasını dəyişib. Polis mərhumun qaldığı oteldə hər hansı şübhəli fakt aşkarlamayıb.

Qeyd edək ki, Devid Qest pop ulduz Maykl Ceksonun da yaxın dostu olub. Prodüser Layza Minnellinin 4-cü əri olub. Onlar 2002-2003-cü illərdə ailəli olublar. Cütlüyün boşanması qalmaqala səbəb olmuşdu. Devid layzanı təcavüzdə günahlandırmış və ondan 10 milyon dollar təzminat tələb etmişdi.