“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxş iclası aprelin 25-nə təyin edilib.
Qeyd edək ki, K.Axundov 2015-ci ildə Bakıda oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
2016-cı il fevralın 19-da Nərimanov Rayon Məhkəməsinin hökmü ilə K.Axundov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumapellyasiya şikayəti verib.