Azərbaycan və türk diasporu Almaniyada Xocalı aksiyası keçirir (FOTO)

Azərbaycan və türk diasporu Almaniyada Xocalı aksiyası keçirir (FOTO)
17:48 20 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Almaniyadakı Azərbaycan və türk diasporu birgə Xocalı aksiyası keçirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyadakı Azərbaycan və Türkiyə diaspor təşkilatları Bielefeld Universitetində Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma kampaniyasına başlayıb.

Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti, Atatürk Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi və Türk Akademisyenlər Birliyi bu məqsədlə təhsil müəssisəsinin foyesində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş stend qurub. Azərbaycan, Türkiyə və Almaniya bayraqlarının asıldığı stenddə soyqırımından, eləcə də Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliklərindən bəhs edən kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilir.

Təşkilatçılar gün ərzində universitetin tələbə və müəllimlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, onlara Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal, broşürlar paylayır.

Qeyd edək ki, fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək. Məlumatlandırma aksiyası yerli telekanalda geniş işıqlandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR