Azərbaycan, Bakı, 20 fevral /Trend/

Azərbaycan Beynəlxalq Bankının bütün filialları istirahət günləri də işləyəcək.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının müştərilərinin bank xidmətlərinə artan tələbatlarının yüksək səviyyədə təmin edilməsi məqsədi ilə şənbə və bazar (21-22 fevral) günlərində bütün filiallar adi iş rejimində müştərilərə xidmət göstərəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az