Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO

Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
18:12 20 Fevral 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 18:05 ]


Biləsuvar. Ağəddin Babayev - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov fevralın 20-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan bir qrup sakinlə görüşərək, onların şikayət və təkliflərini dinləyib.

 

APA-nın cənub bürosunun məlumatına görə, nazirə edilən müraciətlər əsasən, meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub. H.Bağırov vətəndaşları narahat edən məsələlər barədə  qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlarını verib.

 

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumların rəhbərlərinin də iştirak etdikləri görüşdə qaldırılan məsələlərin bir qismi  yerindəcə həllini tapıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR