"Real"ın eks futbolçusu Quti həmyerlisi Jerar Pike ilə bağlı danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu "Barcelona"nı Pikeyə cəza kəsməyə çağırıb.
""Real" nə vaxt uduzsa, Pike dünyanın ən zarafatcıl, ən şən adamına çevrilir. "Barselona" məğlub olandan sonra səsi çıxmır. Onun davranışları ölçüsüz və çirkin görünür. Öz komandası uduzanda belə tvitlər paylaşsa, həyata bu cür yanaşan insan kimi qəbul edilər. Ancaq bunu bir neçə dəfə edib. Mən daha öncə "Barselona" və ya "Real"da oynayan belə yerini bilməyən futbolçu görməmişəm. Onun sözlərinə dur deyən tapılmalıdır. Arbeloa ilə bu tərzdə danışması qəbuledilməzdir. "Barselona" Pikeyə hər kəsə örnək olacaq bir cəza verməlidir. "Real" uduzanda sevinmək və həmkarını lağa qoymaq fərqli şeylərdir. Xavi və ya Puyoldan heç nə öyrənməyib. İstedadı olsa da, xarakteri yoxdur. Nədənsə son zamanlar meydandan kənar hrəkətləri ilə gündəmə gəlir".
Milli.Az