A+
A–

Bakı, 14 aprel, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Türkiyənin özəl sektorunda fəaliyyət göstərən təbii qaz şirkətləri ilə aparılan danışıqlar nəticəsində bu il üçün qüvvədə olacaq qaz qiymətlərində razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, “Gazprom”dan edilən şərhdə təbii qaz təklifinin hələ də müqavilələrdə göstərilən həcmlərə uyğun təmin edildiyi bildirilib.
“Gazprom Export”un baş direktoru Elena Burmistrova deyib: “Türkiyədəki ticarət tərəfdaşlarımızla razılığa gəlməkdən məmnunuq”.
Qeyd edək ki, bu ilin yanvarında “Qazprom” Türkiyənin özəl sektorunda fəaliyyət göstərən təbii qaz şirkətlərinə tətbiq etdiyi endirimi ləğv etmişdi.

AZERTAG.AZ :“Gazprom” Türkiyənin özəl təbii qaz şirkətləri ilə razılığa gəlib