Bu yaxınlarda ABŞ-da həbs olunan Azərbaycan əsilli iş adamı Rza Zərrab Nyu-York həbsxanasına nəql edilmək üçün avtobusla aparılır. Rza Zərrabın Nyu-Yorka nəql edilməsi prosesi 2 həftə davam edə bilər.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onu mafiya başçılarının və məşhurların vəkili, 67 yaşlı Bencamin Brafman müdafiə edəcək.
Qeyd edək ki, Brafman mərhum müğənni Maykl Ceksona da vəkillik edib.
Milli.Az