Aviasiya Akademiyasının tələbələri “Xocalıya ədalət” kampaniyasına qoşulublar

Aviasiya Akademiyasının tələbələri “Xocalıya ədalət” kampaniyasına qoşulublar
20:08 20 Fevral 2015
584 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Milli Aviasiya Akademiyasının (MAA) tələbələri “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına qoşularaq genişmiqyaslı aksiya keçiriblər.
ATGTİ-dən AzərTAc-a bildiriblər ki, aksiyanın təşkilatçılarından olan MAA-nın aerokosmik fakültəsinin 4-cü kurs tələbəsi Xanım Əliyevanın sözlərinə görə, tədbir çərçivəsində 100-dən çox tələbə əllərində “Xocalıya ədalət” şüarı ilə Akademiyanın həyətində toplaşıblar. Tələbələr “Xocalıya ədalət” kampaniyasının adının ingilis variantı “Justice for Khojaly” formasında düzülüblər.
X.Əliyeva bildirib ki, kampaniyanın ingilis dilində də təbliğ olunmasının əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Xocalıda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlərə cəlb etməkdir.
MAA-nın nəqliyyat texnologiyaları fakültəsinin 4-cü kurs tələbəsi Cavid Əliyev bildirib ki, aksiyada çəkilən fotoşəkillər hazırlanacaq videoçarxda toplanaraq “Youtube” və digər böyük internet resurslarında yayımlanacaq.
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə də anım tədbirləri, aksiyalar keçirilir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aviasiya_Akademiyasinin_telebeleri_Xocaliya_edalet_kampaniyasina_qosulublar-833791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR