A–
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə edilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə danışıb.
Hesabat məruzəsində bildirilib ki, 2016-cı ilin birinci rübü ərzində Suraxanı rayonunun sosial-iqtisadi inkişafı davam etdirilib, sənaye məhsulunun istehsalı 51,3 milyon manat, tikinti-quraşdırma işləri 7,7 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 1,9 milyon manat, kənd təsərrüfatı 0,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi 84,3 milyon manat, orta aylıq əməkhaqqı 538 manat təşkil edib. Əhaliyə 68,9 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 934 yeni iş yeri açılıb.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub və onların 5-i icra olunub, 19-nun icrasına başlanılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış birinci ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində rayonda davamlı ağacəkmə aksiyaları keçirilir.
“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında cari ilin birinci rübündə 19 məktəbdən 952 nəfər 11-ci sinif şagirdinin iştirak etdiyi 7 “açıq dərs” keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə eyni zamanda ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə “açıq dərs” keçirilir.
Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin profilaktikası sahəsində və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə rayonda yerləşən orta məktəblərdən, müəssisə və təşkilatlardan, idman klublarından yeniyetmə və gənclər cəlb olunmaqla ümumilikdə gənclər sahəsi üzrə 23, idman sahəsi üzrə 24 tədbir keçirilib, rayon məktəblilərin XXVIII spartakiadasına start verilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb. İlin birinci rübü ərzində rayonun aidiyyəti idarələri tərəfindən 7497 nəfərə 1 milyon 740 min manatdan artıq sosial müavinət ödənilib, 2400 ailəyə 1 milyon 138 min manatdan artıq ünvanlı dövlət sosial yardımı göstərilib, 212 nəfər tənha, əlil vətəndaşa evdə sosial xidmət göstərilib, rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 571 nəfəri işlə təmin edilib.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə edilib.
Milli Məclisin deputatı Fərəc Quliyev Şuranın iclasında çıxış edib.
AZERTAG.AZ :İlin birinci rübündə Suraxanıda 934 yeni iş yeri açılıb