"Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç əmisi qızının öldürüldüyünü təkzib edib.
Milli.Az anspress-ə istinadən bildirir ki, futbolçu bu barədə "Twitter" hesabında yazıb. O, Salvadorda ölən qadının qohumu olmadığını deyib.
"Vəziyyəti aydınlaşdırmaq istəyirəm: Salvadorda dünyasını dəyişən qadın mənim qohumum deyil". Ötən gün İspaniya mətbuatında Modriçin əmizi qızının Salvadorda öldürüldüyü xəbəri yayılıb. Məlumata görə, Salvadorda yaşayan 40 yaşlı Susanna Modriçin cəsədi avtomobilin yük hissəsindən tapılıb. Mərhumun 2 övladı qalıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Luka Modriç 2012-ci ildə "Tottenhem" klubundan "Real Madrid"ə transfer olunub. Xorvatiyalı futbolçu bir neçə gün əvvəl Çempionlar Liqasının 1/4 final mərhələsində "Volfsburq"la cavab oyununa çıxıb və komanda 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələ adlayıb.
Milli.Az