"Report" xəbər verir ki, bu barədə “Naxçıvanqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, ilin birinci rübündə qəza dispetçer xidmətləri 6 218 sızma aşkarlayaraq aradan qaldırıb, istismara yararsız olan qaz sayğacları yenilənib. Naxçıvan şəhərində smartkart tipli sayğacların quraşdırılması işi davam etdirilib, rüb ərzində 345 yeni qaz sayğacı istismara verilib.