Tərtərdə tarixi abidədə qazıntı işləri aparan şəxslər saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayonun Borsunlu kəndində yerləşən "Kurqan" adlanan tarixi abidədə qazıntı işləri aparan Bərdə rayon sakinləri Elxan Qocayev, Fəxrəddin Məmmədov və Vahab Hüseynov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az