A–
Tokio, 17 aprel, AZƏRTAC
Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması üçün yaxın vaxtlarda yüksək vəzifəli rəsmilərin görüşünün keçirilməsi barədə razılıq əldə edilib. Həmin danışıqların mayda keçirilməsi planlaşdırılır.
Bu barədə razılıq Yaponiyanın xrici işlər naziri Fumio Kişidanın onun rusiyalı həmkarı Serqey Lavrovla aprelin 15-də Tokioda keçirilən görüşündə əldə edilib.
F.Kişida bildirib ki, bu görüş yüksək səviyyəli siyasi dialoqa hazırlıq üçün mühüm addımdır. S.Lavrov isə öz növbəsində, ikitərəfli münasibətlərin bütün istiqamətlərdə dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
AZERTAG.AZ :Yaponiya və Rusiya sülh müqaviləsi imzlamaq üçün danışıqlara başlayacaqlar