Aprelin 2-nə kimi ardıcıl 39 oyunda məğlubiyyət nə olduğunu bilməyən "Barcelona" həmin vaxtdan sonra qələbə üzünə həsrətdir. Son olaraq "Valencia"ya təslim olan katalonlar Primerada ardıcıl 3-cü yenilgini alıblar. Goal.az xəbər verir ki, uğursuz nəticəyə baxmayaraq "Barca"nın müdafiəçisi Jerar Pike komandasının oyununda eniş görmür.

"Bu vəziyyətdə olmağa layiq deyilik. Amma belə oynamağa davam etsək, çempion olacağıq. Buna şübhə etmirəm. Komanda 2-3 həftə necə oynayırdısa, indi də o cür oynayır. Psixoloji baxımdan yaxşı durumdayıq. "Valencia" ilə oyundan sonra meydandan pozitiv ruhiyyədə ayrıldıq. Hər şey öz əlimizdədir və çempion olacağıq. Qarşıda 5 oyun var və hamsında qalib gəlməliyik".

Milli.Az