A+
A–

Bakı, 18 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 19 şəhər və rayonunda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün aprelin 18-də ana dili, aprelin 19-da isə riyaziyyat fənnindən monitorinq imtahanı keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, monitorinq imtahanlarının keçirilməsi üçün regionlarda 72 məktəb üzrə 3.528 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Hər iki fənn üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dili üzrə 45 dəqiqə, riyaziyyat fənni üzrə bir saatdır.
AZERTAG.AZ :TQDK 11-ci sinif şagirdləri üçün regionlarda monitorinq imtahanı keçirir