ADR-in konfransında səsvermə proseduru mübahisə yaradıb

11:37 21 Fevral 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Fevral 2015 11:33 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Demokratiya və Rifah Hərəkatında yalana yer olmayacaq, üzvlərin iradəsindən kənar qərar qəbul olunmayacaq. Sadəcə, bu gün burada şərait olmadığından sədr seçkisi açıq səsvermə ilə keçiriləcək”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təsis Konfransında Hərəkata sədr seçkisinin gizli keçirilməsi barədə təklifə münasibət bildirən Təşkilat Komitəsi sədrinin müavini Vurğun Əyyub deyib.

 

ADR Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu isə konfransı səsvermənin hər hansı formada keçirilməsi barədə qərar vermək səlahiyyəti olduğunu qeyd edib.

 

V. Əyyub isə gələcəkdə Nizamnamənin açıq səsvermə ilə bağlı müddəasını dəyişməsini istisna etməyib. Onun sözlərinə görə, gizli səsvermə olarsa, bu səslərin hesablanması kifayət qədər çox vaxt aparacaq, bunun üçün isə hazırda şərait yoxdur.

 

Təklif səsverməyə çıxarılmayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR