11-ci sinif şagirdi canına qəsd etdi

11-ci sinif şagirdi canına qəsd etdi
16:12 2 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada 11-ci sinif  şagirdi intihara cəhd edib.
 
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən  məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Nigar Murtuzəli qızı Ömərova yanvar ayının 1-i axşam saat 20:30 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 11-ci sinif şagirdi olan N. Ömərova valideynləri ilə mübahisə etdikdən sonra evdə olan müxtəlif dərmanlar qəbul edərək zəhərlənib.
 
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Nigar Ömərovaya lazımi tibbi yardım göstərilib və hazırda onun vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR