Dövlət Avtomobil Nəqliyyatı Xidməti ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının "Report"a verdiyi məlumata görə, iclasda ölkələr arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, mövcud problemlər və inkişaf perspektivləri, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindən keçən tranzit yüklərin həcminin artırılması, 2016 -2017-ci illər üçün “İcazə”lərin kontingentinin müəyyən edilməsi və hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər müzakirə edilib.
İclasda müvafiq razılaşmalar əsasında protokol imzalanıb.