Futbolçu ömrü qısa olur. Kimisi 20 il oynayır, amma yadda qalmır. Kimisi 1 mövsüm ərzində tarixə düşür. Hətta 1 oyunla adından söz etdirənlər də olur. Təəssüf ki, vaxt ötdükcə oyunlarını sevə-sevə izlədiyimiz futbolçular dəbdən düşürlər.
Futbol meydançası podiuma bənzəyir. Kimlərsə gəlir, parıldayır, gedir. Dünənin ulduzları bu gün dünyanın dörd bir tərəfinə səpələniblər.
Milli.Az publika.az-a istinadən yaxın keçmişdə Avropada gündəmdən düşməyən futbolçuların bir qisminin hazırda harada olduğunu təqdim edir:
Robinyo - Atletiko MG (Braziliya)
Devid Ceyms - karyerasını bitirib
Floran Maluda - Vadi Deqla (Misir)
Adriano - Mayami Yunayted (ABŞ, 4-cü liqa)
Verner Lorant - TSV Vaqinq (Almaniya 7-ci liqa)
Xavi Ernandes - Əl Sədd (Qətər)
Ronaldinyo - Perunun 2-ci liqa klubu "Siensiano"ya transfer olunub
Dieqo Luqano - San-Paulu (Braziliya)
Abdul Kader Keyta - Persib Bandung (İndoneziya)
Nikolya Anelka - Mumbay Siti (Hindistan)
Qrafite - Santa-Krus (Braziliya)
Tyerri Anri - Futbol şərhçisi işləyir
Alessandro Nesta - karyerasını bitirib
Eydur Qudyonsen - Molde (Norveç)
Linkoln - klubsuz
İbrahim Yattara - karyerasını bitirib
Marko Materatsi - Şennaiyin (Hindistan)
Daniel Panku - Voluntari (Rumıniya)
Suleyman Yula - Budapeşt Honved
Julio Baptista - klubsuz
Milan Baroş - Mlada Boleslav (Çexiya)
Obafemi Martins - Şanxay Şenxua (Çin)
Mirko Vuçiniç - Əl-Cəzirə (Qətər)
Yunici İnamoto - Hokkaydo Konsadole Sapporo (Yaponiya)
Milli.Az
















