Bakı. Trend:

Aprelin 20-də Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan və Latviyanın Nəqliyyat nazirliklərinin nümayəndələri arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Trend Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda ölkələrimiz arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, mövcud problemlər və inkişaf perspektivləri, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizindən keçən tranzit yüklərin həcminin artırılması, 2016 -2017-ci illər üçün "İcazə"lərin kontingentinin müəyyən edilməsi və hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər müzakirə edilib.

İclasda müvafiq razılaşmalar əsasında protokol imzalanıb.


Azərbaycan və Latviya arasında protokol imzalanıb (FOTO)
Azərbaycan və Latviya arasında protokol imzalanıb (FOTO)
Azərbaycan və Latviya arasında protokol imzalanıb (FOTO)