Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə növbəti vətəndaş qəbulu keçirib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə növbəti vətəndaş qəbulu keçirib (FOTO)
14:48 21 Fevral 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevral ayının 21-də Bərdə şəhərində vətəndaş qəbulu keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, qəbulda Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Vətəndaşların qəbulu Bərdə şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində keçirilib.

Komitə sədri qəbul müddətində müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşların müraciətlərinə baxıb, onların təklif və xahişlərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, işə qəbul və digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Onlar fərdi həyət evlərinə, mənzillərə, qeyri-yaşayış sahələrinə çıxarış və texniki pasport alınması, dövlət əmlakı olan obyektin, torpaq sahəsinin, binaların zirzəmilərinin özəlləşdirilməsi ilə bağlı müraciətlərini bildiriblər. Vətəndaşların bir qismi tərəfindən komitənin “kütləvi çıxarış” kampaniyasında iştirak və mobil ofis xidmətlərindən faydalanmaqla bağlı müraciətlər də olub.

Səsləndirilən bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitə sədri tərəfindən müvafiq tapşırıqlar verilib. Bunun nəticəsində qaldırılan bəzi müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həll olunub. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilib və hüquqi məsləhətlər verilib.

Qəbul vaxtı səsləndirilmiş, lakin araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi vətəndaşlara bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR