"Bavariya"nın qapıçısı Manuel Noyer klubla yeni müqavilə imzalayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin "Bayern"lə yeni müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub. Noyer Münhen təmsilçisində 2011-ci ildən çıxış edir. Onun əvvəlki klubu "Şalke 04" olub. "Bavariya"nın heyətində 3 dəfə Bundesliqa, 2 dəfə Almaniya kubokunun qalibi olub. Bundan başqa, Çempionlar Liqası, UEFA Superkuboku, Klublararası dünya çempionatının qalibi olub. Bundestimin əsas qapıçısı olan Noyer 2014-cü ilin dünya çempionudur.

Milli.Az