“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
“Vacib qələbə qazandıq. Oyunçularımıza təşəkkür edirəm. Mövsümün sonu yaxınlaşdıqca oyunçularda gərginlik olur. Siz də bilirsiniz ki, “İnter”ə qarşı oyunlar həmişə çətin keçir. Bu rəqibə qarşı həmişə diqqətli oynamalısan. Sevinirəm ki, bu gün bizim futbolçularımız bu məsuliyyəti dərk etdilər və verilən bütün tapşırıqların öhdəsindən gəldilər. Oyunçularımı təbrik edirəm, rəqibə də gələcək matçlarda uğurlar arzulayıram.
Hələ tam olaraq çempion olmamışıq. Baxmayaraq ki, bugünkü qələbə ilə hədəfimizə çox yaxınlaşdıq, ancaq qarşıda oyunlarımız var. Çempionlar Liqasındakı çıxışımıza isə hələ iki aya qədər vaxt qalıb. Komanda olaraq bir proqramımız yoxdu. Qarşıdakı oyunlardan sonra planlarımızı müəyyənləşdirəcəyik və hazırlıq proqramı tərtib edəcəyik”. (“CBC Sport”)
Fanat.az