İŞİD VII əsri məscidini partlatdı

İŞİD VII əsri məscidini partlatdı
02:49 22 Fevral 2015
221 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının silahlıları İraqda ən qədim məscidlərdən birini – Əl Faruk məscidini partladıblar. APA-nın TASS-a istinadən verdiyi xəbərə  görə, Anbar əyalət administrasiyasının rəsmi nümayəndəsi Süleyman əl Kabisi məscidin tamamilə dağıdıldığını bildirib.   

 

Qeyd edək ki, Ər Ramadi şəhərindən 90 km qərbdə yerləşən Əl Faruk məscidinin əsası VII əsrin birinci yarısında xəlifə Ömər ibn əl Xəttab tərəfindən qoyulub.  

 

İŞİD silahlıları bir ildən az müddətdə İraqda 30-dək böyük tarixi əhəmiyyətə malik dini tikilililəri söküblər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR