AGAT Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan kampaniya keçirməyi planlaşdırır

05:38 22 Fevral 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 fevral, AzərTAc
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) fevralın 23-26-da Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan kampaniya keçirməyi planlaşdırır.
AzərTAc xəbər verir ki, məqsəd Xocalı soyqırımı haqqında həqiqətləri Avropa ictimaiyyətinə, xüsusilə AGAT-ın əməkdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinə çatdırmaqdır.
Kampaniya çərçivəsində fevralın 23-də Mərdəkan qəsəbəsində yerləşən uşaq evində Xocalı qurbanlarının ruhuna ehsan süfrəsi açılacaq. Fevralın 24-də AGAT-ın Türkiyənin Uşak şəhərində təhsil alan nümayəndəsi və digər həmyerlilərimizin təşkilatçılığı ilə Uşak Universitetinin rektoru, şəhər meri və digər rəsmilərin, tələbələrin iştirakı ilə anım mərasimi təşkil olunacaq. Bir gün sonra isə “Hillel” Yəhudi Evində AGAT və onun nəzdində yaranan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurası tərəfindən Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçiriləcək. Fevralın 26-da beynəlxalq təşkilatların, dünyada xüsusən Avropada AGAT-ın tərəfdaşlıq etdiyi vətəndaş cəmiyyəti nümayəndələrinin elektron ünvanlarına “Stop nasizm and terrorizm!” adlı məlumatlandırıcı proqram paketi göndərilməsi planlaşdırılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AGAT_Xocali_soyqiriminin_23_cu_ildonumune_hesr_olunan_kampaniya_kechirmeyi_planlasdirir-834034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR